İbrahimbəyova qarşı ittiham ifşa olundu (VİDEO)

Tanınmış dramaturq və rejissor Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Kinemotoqrafçılar İttifaqına qarşı cinayət işinin başlandığı, hazırda bununla bağlı Vergilər Nazirliyinin İstintaq İdarəsində araşdırmalar getdiyi barədə məlumat vermişdik.
İttifaq əməkdaşları 2009-cu ildə keçirilən “Şərq-Qərb” Bakı Beynəlxalq Film Festivalının təşkili zamanı maliyyə mənimsəməsində ittiham olunurlar. İttihamlardan biri də budur ki, guya festivalda iştirak üçün Bakıya gələn və 10 gün buradakı tədbirlərdə iştirak edən 120 qonağa xidmət məqsədilə avtomobillərin icarəsi nəzərdə tutulub, lakin bu, həyata keçirilməyib, bunun üçün ayrılan vəsait isə mənimsənilib.
Festivalın təşkilatçılarına yaxın mənbələrdən bu ittihamı alt-üst edən video-çarx əldə etmişik. Video-çarxdan aydın şəkildə görünür ki, qonaqların sərəncamında bir neçə avtomobil olub və onlar həm Bakı beynəlxalq aeroportundan şəhərə, həm də şəhər daxilində həmin avtomobillərdə hərəkət ediblər.

Azadliq.info