Sabiq rektor apardığı araşdırmaların nəticəsi olaraq tərtib etdiyi sxemdə bununla bağlı müəyyən işarələr verib
Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev dəfələrlə bəyan edib ki, ona daha ciddi videolar var. Sabiq rektor hətta bildirib ki, o həmin videoları ictimailəşdirərsə xalq ayağa qalxaraq Əliyevlərin hakimiyyətinə son qoya bilər. Elşad Abdullayev bu videoların kimlər barədə olduğunu açıqlamasa da, onun qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı apardığı müstəqil araşdırmaların nəticəsi olaraq tərtib etdiyi sxem etdiyi bunu müəyyən etmək çətin deyil.
Həmin sxemdə Elşad Abdullayev qardaşının oğurlanması ilə bağlı şok adlar çəkib. Bu sırada MTN-nin generalları Hilal Əsədov, Akif Çovdarov, DIN-in generalları Vilayət Eyvazov, Oruc Zalov, Ilham Əliyevin əmisi oğlu Ilqar Əliyev, əmisi Cəlal Əliyev, bibisi Şəfiqə Əliyeva, ölkə başçısının xanımı Mehriban Əliyevanın atası Arif Paşayev, əmisi Hafiz Paşayev, bacısı Nərgiz Paşayevanın xüsusi qeyd edilməlidir. Elşad Abdullayev bu şəxslərin hamısının bu və ya digər şəkildə qardaşının oğurlanmasına dəxli olduğunu iddia edir. Bir daha qeyd edək ki, sabiq rektor apardığı araşdırmalardan sonra belə qənaətə gəlib. Bu həm də o anlama gəlməlidir ki, Elşad Abdullayevin adı çəkilən şəxslərlə müəyyən təmasları olub. Təmaslar olubsa deməli, bütün görüşlər, danışıqlar sabiq rektor tərəfindən qeydə alınıb. Elşad Abdullayevin yaydığı video və audioyazılar belə deməyə əsas verir. Bu baxımdan ehtimal etmək olar ki, Elşad Abdullayev bu və sxemdə adı əks olunan digər yüksək rütbəli məmurlarla bağlı əlində videoları nəzərdə tutur ki, onların yayılması həqiqətən də Azərbaycanı çalxalaya bilər.
Azad