Azərbaycan gənclərinin 12 yanvar tarixində Bakıda əsgər ölümlərinə etiraz məqsədilə keçirdiyi mitinq dünya mətbuatında böyük marağa səbəb olub. Hadisəyə ilk reaksiya Azadliq radiostansiyası, Assossiated Press və Reuters agentliklərindən göstərilib. İngiltərənin BBC, Rusiyanın Regnum və İnterfax agentlikləri də mitinq haqqında material təqdim ediblər. Rusiyanın ən populyar qəzeti olan Komsomolskaya Pravda bu mitinq haqqında material dərc edib. Maraqlıdır ki, həmin materialın şərhlərində sadə ruslar Rusiyada da belə bir aksiyanın keçirilməsini təklif ediblər. İranın Press TV və Kanadanın Edmonton Journal saytları da hadisəni işıqlandırıblar.
Ən maraqlı reaksiya isə ABŞ-dan gəlməkdədir. Vaşington Post, Huffington Post, Blomberg kimi xəbər nəhəngləri ilə yanaşı mitinq haqqında Miami Heruld, Arkanzas Online, Foxnews, İdaho Statesman, Ancorage Daily News kimi xəbər portalları da məlumat veriblər.
Hadisəyə bu qədər böyük maraq Azərbaycanın dünyanın diqqət mərkəzində olmasından və bu diqqətin artmasından xəbər verir.