Qənirə Paşayeva Heydər Əliyev Fondundan çıxarılıb?

“Azərbaycan saatı” TV proqramının 12 yanvar buraxılışında maraqlı bir məlumat yayıb. Məlumatda bildirilir ki, millət vəkili Qənirə Paşayeva Heydər Əliyev Fondunda tutduğu vəzifəsindən azad edilib. Xəbərdə iddia edilir ki, buna səbəb onun son zamanlar öz reklamına həddən artıq diqqət ayırmasıdır. Qənirə Paşayevanın bu olayla bağlı münasibətini öyrənə bilməyən TV proqramı onu növbəti buraxılışda tamaşaçılarına təqdim edəcəyini bildirib.