“Qatil Əliyevin cinayətkar rejimidir”

Əli Kərimli son əsgər ölümü faktına münasibət bildirdi

Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılan və Daşkəsəndəki hərbi hissədə yanvarın 8-də dünyasını dəyişən 3 ayın əsgəri Ceyhun Qubadovun ölüm faktına AXCP sədri Əli Kərimli kəskin ifadələrlə münasibət bildirib. Ə.Kərimli özünün twitter səhifəsində bu hadisə ilə bağlı qeyd edib: “Orduda məhv edilən övladlarımızın qatili İlham Əliyevin qurduğu cinayətkar rejimdir. Bu cinayət maşınını durdurmasaq, növbə hamıya çatacaq.
Rejim hər gün cinayətlər törədir. Biz də toplum olaraq ya hərəkətsizliklə, ya da cinayəti bilib gizlətməklə cinayətdə iştirakçı oluruq”.
AXCP sədri həmçinin, hadisə barədə məlumatın təkcə “Azadlıq” qəzetinin saytında oxunma sayına (onun qeydində 7 saat ərzində 85000 nəfər gösətrilir, günün sonunda bu rəqəm 95000-ə çatmışdı – red.) istinad edərək, xalqın öz taleyilə barışdığı haqda deyilənlərin əsassız olduğunu qabardıb, diqqəti cəmiyyətin hərəkətsizliyinə yönəldib.