“Şəhriyar 99″un işçiləri ilə basqınçılar arasında toqquşma olub
Azərbaycanda metal zavodlarına basqınlar davam edir. Hövbəti belə basqın dünən “Şəhriyar-99” boru prokat sexinə olub. Basqınçılar “Baku Steel Company”i tərəfindən göndərildiklərini deyiblər. Sözügedən müəssisəyə bundan əvvəl də dəfələrlə basqın edilib. Müəssisənin fəaliyyəti dayandırılıb, əmlakı talan edilib. “Şəhriyar – 99” MMC baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etsə də, heç bir nəticəsi olmayıb. Bu baxımdan müəssisənin rəhbərliyi və işçilər özləri özlərini müdafiə etməyə məjbur olublar.
“Azadlıq”a daxil olan məlumatlara görə, dünənki basqın zamanı müəssisənin işçiləri ilə basqınçılar arasında toqquşma olub. İşçilər onları sexə buraxmaq istəməyiblər. Qəzetimiz çapa gedənə qədər toqquşma davam edib.