notbuk1

ABŞ-dan Azərbaycana brilyant noutbuk gətirən kimdir?

notbuk13 komputerə 64 500 dollar ödəyən hansı azərbaycanlıdır?

ABŞ-da fəaliyyət göstərən “Computer Choppers” şirkəti tanınmış kompaniyalarının istehsal etdiyi noutbuk və telefonların tüninqi ilə məşğuldur. Yəni, onların istehsal etdiyi məhsulları yeni görkəm və xarakteristika ilə satıcılara təklif edir. Bu şirkətin təklif etdiyi məhsullar orijinal görünüşü ilə diqqəti cəlb edir. Məhsullara edilən əlavə və dəyişikliklər xüsusi maraq doğurur. Bu dəyişikliklər zamanı qızıl, brilyant, platin kimi qiymətli metallardan istifadə olunur.
Bu məlumatı dərc etməkdə əsas məqsədimiz heç də şirkət və onun məhsulları haqda məlumat vermək deyil. Bu məsələyə diqqət yetirməyimizin əsas səbəbi şirkətin istehsal etdiyi çox bahalı məhsulların alıcıları sırasında azərbaycanlının olmasıdır. Kompaniyanın yaradıcısı Aleks Viley CNN telekanalına açıqlamasında bildirib ki, bu yaxınlarda onlar Azərbaycandan olan bir müştərinin sifarişi üzrə ümumi dəyəri 64 min 500 dollar olan 3 noutbuk satıblar. Bu kompüterlərdən birinin qiyməti 30 min, ikincisininki 20 min, üçüncüsününkü isə 14 min 500 dollar olub. Bu noutbukların təkcə birində 24 karat brilyantdan istifadə olunub.
Maraqlıdır ki, azərbaycanlı müştərinin kimliyi haqda məlumat verilmir.