QOÇ
Işgüzar və şəxsi münasibətlərin qaydaya salınması baxımından əlverişli gündür. Bu gün ətrafdakıların nə fikirləşdiyini, nə etmək istədiyindən tez duyuq düşəcəksiniz. Bu gün riskli hərəkətlərə yol verməyin, çünki zədələnmək ehtimalı var.
BUĞA
Heç kimə imkan verməyin ki, sizi çərçivəyə salsın. Daxili azadlıq günün əsas tələbidir. Fikir ayrılığı və maliyyə məsələlərini yoluna qoymaq olar. Gün keçirdiyiniz hissləri büruzə vermək baxımından münasibdir.
ƏKIZLƏR
Narahat gündür. Əsəb gərginliyi keçirəcəksiniz. Bu, əhvalınızın korlanmasına səbəb ola bilər. Yaxşı olar ki, özünüzü artıq stresdən qoruyasınız.
XƏRÇƏNG
Ətrafdakıları yaxşı başa düşəcəksiniz, qarşı tərəf də bunu anladığından problemlərini sizə açacaq. Səbirli və nəzakətli olmağa çalışın. Günün maliyyə mənzərəsi yaxşı olacaq. Pul, yaxud da hədiyyə alacağınız gözlənilir.
ŞIR
Bürcün nümayəndələri imic dəyişikliyi etmək istəyəcəklər. Günün maliyyə vəziyyəti sabit olmayacaq. Ehtimal ki, gəliriniz olacaq. Ancaq xərcləyəcəyiniz məbləğ də az olmayacaq.
QIZ
Yaradıcılıq baxımından münasib gün deyil. Həyat eşqiniz yüksək olmayacaq deyə, əhvalınız pis olacaq. Çalışın, körpüləri yandırmayasınız. Gün yaradıcılıq fəaliyyətilə məşğul olmaq üçün əlverişlidir.
TƏRƏZI
Günün yadda qalan tərəfi pozitiv emosiya gətirməsilə bağlı olacaq. Bu səbəbdən də gün şən keçəcək. Bu gün vacib qərarlar verməyiniz məsləhət deyil. Qohumlarla aranızda fikir ayrılığı olacaq.
ƏQRƏB
Bu gün təkcə öz həyatınızı deyil, başqasının da həyatını dəyişəcəksiniz. Ən enerjili “Əqrəb”lər inqilabi işlərlə məşğul olacaq. Ürəyinizcə olmayan xəbərlərə kəskin reaksiya verəcəksiniz.
OXATAN
Gün intellektual iş üçün əlverişlidir. Bu gün çətin və vacib məsələlərin müzakirəsi üçün də münasibdir. Qarşı tərəfə nəyisə başa salmaq üçün arqumentləri təkrar-təkrar sadalamaqdan çəkinməyin.
OĞLAQ
Bu gün bahalı zərgərlik məmulatı ala bilərsiniz. O cümlədən, bahalı rəsm əsəri, əntiq əşyalar da almaq olar. Gözəl zövq sizə xərclədiyiniz pula heyfslənməməyi təlqin edəcək.
DOLÇA
Mənzili bəzəmək üçün münasib gündür. Gün yaxşı əhval-ruhiyyə bəxş edəcək. Gələcəyə nikbin baxacaqsınız. Yaxşı olar ki, günü yaxınlarınıza birlikdə keçirəsiniz.
BALIQLAR
Bu gün əlinizə alacağınız işlər çox vaxt aparacaq. Belə ki, həmin işləri tamamlamağa hövsələniz çatmayacaq, darıxacaqsınız. Bu səbəbdən işləriniz yarımçıq qalacaq. Yaşlılarla səbirli davranın. Onlar tez-tez sizin eşitmək istəmədiklərinizi deyəcəklər.

Günün ulduz falı (05.01.2013)
•