İspan jurnalistlər “Azadlıq”da oldu

Yanvarın 4-də iki ispaniyalı jurnalist “Azadlıq” qəzetinin qonağı olub. İspaniyanın bir sıra populyar sayt və qəzetləri üçün yazan, eləcə də TV və radio proqramları hazırlayan Marta Arias və Barbara Ayuso qəzetimizin baş redaktorunun birinci müavini Rahim Hacıyevlə görüşərək, Azərbaycanda ümumən medianın vəziyyəti, ictimai-siyasi proseslər barədə onun fikirlərini öyrəniblər, “Azadlıq”ın problemləri ilə ayrıca maraqlanıblar.

Jurnalistlər “Azadlıq”ın kollektivi və iş şəraiti ilə də tanış olublar.

Onlar Azərbaycandan hazırladıqları reportajı, o cümlədən “Azadlıq”da keçirdikləri görüşü əməkdaşlıq etdikləri media orqanlarında işıqlandıracaqlar.

İspan jurnalistləri “Azadlıq”la tanışlıqda Demokratiya Monitoru təşkilatının rəhbəri Fuad Həsənov müşaiyət edib.