Der Spiegel ata Buşu “öldürüb”

Der Spiegel nəşri öz saytında ata Corc Buş üçün nekroloq yayıb.
Keçmiş prezidentin “ölümü” barədə xəbər bir müddətdən sonra saytdan yığışdırılsa da, xeyli adam bu məlumatı oxuyub. Der Spiegelin amerikalı müxbiri ata Buşu “heç nə ilə yadda qalmayan” siyasətçi adlandırıb. Müxbirin sözlərinə görə, o ancaq oğlu, kiçik Buşla müqayisə ediləndə müsbət qiymətləndirilir.

ABŞ-ın 88 yaşlı keçmiş prezidenti noyabrın 23-də bronxit xəstəliyi diaqnozu ilə Hyuston xəstaxanasına yerləşdirilib. Bir aydan sonra o reanimasiyaya yerləşdirilib. Hazırda keçmiş prezidentin vəziyyətii yaxşılaşıb və o palataya köçürülüb.

“Azadlıq”