Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan “2012-ci ilin müsəlman lideri” seçilib.
Ərdoğan bu ada Bosniya-Hersoqovinadakı İslam Birliyinin qəzeti “Preporod”un ölkə vətəndaşları arasında keçirdiyi sorğunun nəticələrinə görə layiq bilinib.
Sorğuda adi vətəndaşlarla yanaşı, Bosniya-Hersoqovinanın məşhur alimləri, ekspertləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri və siyasətçilər də iştirak ediblər.
“Müsəlman aləmində 2012-ci ilin hadisəsi” isə Fələstinin 132 ölkənin dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına “üzv olmayan müşahidəçi dövlət” statusu ilə daxil edilməsi adlandırılıb.