ulduz fali

Günün ulduz falı (27.12.2012)

QOÇ
Gün ehtiyatlı olmağı tələb edir. Baş verəcək hadisələr gözlənilməz olacaq. Bürcün bəxti gətirməyən nümayəndələrini maliyyə böhranı gözləyir.
BUĞA
Ünsiyyət zamanı problemlər yaşaya bilərsiniz. Siz heç də həmişə ətrafdakılara fikrinizi çatdırmağı bacarmırsınız. Belə bir gündə vacib qərarlar vermək arzuedilməzdir. Günün ikinci yarısı xoşagəlməz sürprizlə qarşılaşacaqsınız.
ƏKIZLƏR
Maraqlı gündür. Evdə və işdə təşəbbüsü ələ alacaqsınız. Bu gün ünsiyyətdə olduğunuz adamdan xeyli sürpriz görəcəksiniz. Işlərinizi tamamlaya bilmirsiniz. Bu səbəbdən də yaxşı olar ki, təklikdə çalışmayasınız. Özünüzə köməkçi tapın.
XƏRÇƏNG
Məşğul olduğunuz iş ürəyinizcədir. Işgüzarlıq qabiliyyətiniz yüksək olacaq. Təhsil üçün məhsuldar gündür. Yaxınlarınız uğurlarınıza sevinəcək. Bu gün qonaq qəbul etmək, evdə şənlik qurmaq yaxşı olar.
ŞIR
Istənilən işin icrası baxımından məhsuldar gündür. Uğursuzluqdan çəkinmədən yeni işdən yapışa bilərsiniz, ulduzlar sizi bu istiqamətdə dəstəkləyir. Ehtimal ki, gözlənilməz təklif eşidəcəksiniz. Bu, romantik xarakterli mövzu da ola bilər. Yaxşı fikrləşəndən sonra cavab verin.
QIZ
Ehtimal ki, köhnə probleminiz yenidən gündəmə gələcək. Onu yalnız köhnə dostlardan birinin köməkliyi ilə həll edəcəksiniz. Maliyyə baxımından uğurlu gündür.
TƏRƏZI
Gözlənilməzliklərə hazır olun. Bu, həyatınızın bütün sferalarında özünü göstərə bilər. Işdə də anlaşılmazlıq yaranacaq. Situasiyadan çıxmaq elə də asan olmayacaq. Böyük miqyaslı sövdələşmə üçün münasib gün deyil. Düşünülməmiş addım şəxsi həyatınıza təsir edəcək.
ƏQRƏB
Ciddi maliyyə itkisi gözlənilir. Siz maliyyə imkanlarını düzgün qiymətləndirməməklə təkcə özünüzü deyil, ətrafdakıları da pis vəziyyətdə qoyacaqsınız. Son günlərin analizini edin ki, nəticə çıxara biləsiniz.
OXATAN
Günün birinci yarısı çətin, gərgin gün olacaq. Günün bu hadisələri kifayət qədər xoşagəlməz hisslər yaşadacaq. Maliyyə dəstəyi ala biləcəyiniz ideyalarınız olacağı da istisna deyil. Yeni tanışlıq üçün də əlverişli gündür.
OĞLAQ
Istənilən riskli işdən uzaq olun. Ehtimal ki, riskli başlanğıcları bəxtiniz gətirərək yüngül həyəcanla başa vuracaqsınız. Biznesdə səhvə yol verəcəyiniz gözlənilir. Vacib qərarları təklikdə verməyin, etibar etdiyiniz adamla məsləhətləşin.
DOLÇA
Hadisələr istədiyiniz istiqamətdə inkişaf etməyəcək. Ancaq işləriniz gözlənildiyi qədər pis getməyəcək. Imzaladığınız sövdələşmə gəlir gətirəcək. Gün fiziki işlə, idmanla məşğul olmaq üçün yararlıdır. Axşama qədər həyat eşqiniz yüksək olacaq.
BALIQLAR
Köməyə ehtiyacı olan, xəstələnən şəxslərə yardım baxımından əlverişli gündür. Böyük məbləğli gəlirinizin olacağı da bildirilir. Bu gün sizin pərəstişkarınız elə bir adam ola bilər ki, onun üçün həyatda reallaşmayan heç nə yoxdur.