ulduz fali

Günün ulduz falı (26.12.2012)

QOÇ
Problemlərin asan həlli, məqsədə asan çatmaq üçün əlverişli gündür. Çoxdan bəri çiyinlərinizdə gəzdirdiyiniz yükü atacaqsınız. Yaradıcılıq potensialınız yüksəkdir. Maliyyə perspektivi gözlənilir.
BUĞA
Vacib xəbər eşidəcəksiniz. Daxil olan informasiya üzündən prinsiplərinizə yenidən nəzər salacaqsınız. Şəxsi müstəvidə sizi narahat edən məsələlər ikinci planda qalacaq. Qiymətli əşyanı itirmək təhlükəsi də var.
ƏKIZLƏR
Işgüzar partnyorlarınızla aranızda ciddi fikir ayrılığı olacaq. Könhə müttəfiqi yenisilə əvəz edəcəksiniz. Əməkdaşlığınızın məhsuldar olacağı gözlənilir. Ehtimal ki, işdə məhəbbət macərası yaşayacaqsınız.
XƏRÇƏNG
Ünsiyyət baxımından məhsuldar gündür. Bu səbəbdən də istədiyinizə çatmaq üçün faydalı sövdələşmə apara bilərsiniz. Hətta bir zamanlar düşmənlərinizin tərəfini tutan şəxsləri bu gün özünüzə cəlb edə biləcəksiniz.
ŞIR
Intellektual yaradıcılıq üçün məhsuldar gündür. Əldə etdiyiniz materiallardan düzgün nəticə çıxaracaqsınız. Bu gün fiziki iş sizi yormayacaq, idmanla məşğul olmaq olar. Xırda gündəlik işlərinizi görə bilərsiniz. Ictimaiyyət qarşısında çıxış üçün də əlverişli gündür.
QIZ
Ehtiyatlı olmaq vacibdir. Yaxşı olar ki, böyük miqyaslı işlərin icrası ilə məşğul olmayasınız. Gün yaradıcılıq üçün yararlıdır. Xırda zədə almaq ehtimalı da var. Bu səbəbdən də gəzintilərdə ehtiyatlı olun.
TƏRƏZI
Yeni dost, müttəfiq, iş axtarışında olmaq üçün münasib gündür. Ehtimal ki, yeni professional layihələriniz olsun. Şəxsi müstəvidə vəziyyət neytral olacaq. Ətrafdakılara təzyiq edərək hadisələri tələsdirməyin.

ƏQRƏB

Sizi çoxdan narahat edən məsələlərə cavab tapacaqsınız. Xırda ev işlərilə məşğul olmaq üçün münasib gündür. Gün böyük məbləğli alış-veriş, daşınmaz əmlakla bağlı məsələlərin həlli üçün əlverişlidir.
OXATAN
Ətrafdakıların məsləhətinə qulaq asmaqdansa, daxili səsinizə güvənin. Uzunmüddətli müqavilələrə imza atmaq, istənilən görüşləri reallaşdırmaq üçün əlverişli zamandır. Şəxsi münasibətlərə gəlincə, elə də ürəkaçan gün deyil.
OĞLAQ
Hisslərinizin əsiri olmayın. Günün hadisələri sizin hərəkətlərinizin nəticələrindən təzahür edəcək. Bu üzdən nələrsə istədiyiniz kimi alınmasa, günahkarı kənarda axtarmayın. Bu gün eksperiment edərək riskə getməyin.
DOLÇA
Ehtimal ki, müəyyən miqdarda gəliriniz olacaq. Şəxsi işlərin həlli baxımından münasib gün deyil. Bir çoxları yaxınları ilə mübahisə edəcək. Uzaqda yaşayan dostdan həyəcanverici xəbər eşidəcəksiniz.
BALIQLAR
Gərgin, kifayət qədər problem gətirən gündür. Çalışın mübahisələrdən qaçasınız. Söhbət xüsusilə də yaxın ətrafınızdan gedirsə. Bu gün müqaviləyə imza atmaq, hesabat tərtib etmək, işgüzar görüşlər keçirməyə dəyməz. Günün maliyyə mənzərəsi sabit olmayacaq. Yaxşı olar ki, planlaşdırılmamış xərclərdən qaçın.