Türkiyədə 13 PKK-çı öldürüldü

Əməliyyatlar nəticəsində altı yaraqlı saxlanılıb. Habelə PKK-ya məxsus döyüş sursatı da müsadirə edilib.

Türkiyə təhlükəsizlik qüvvələrinin Hatay və Osmaniyyə vilayətlərində apardığı xüsusi əməliyyatlar nəticəsində terrorçu Kürd Fəhlə Partiyasının (PKK) 13 yaraqlısı məhv edilib. 

Əməliyyatlar nəticəsində altı yaraqlı saxlanılıb. Habelə PKK-ya məxsus döyüş sursatı da müsadirə edilib.

PKK yaraqlılarının fəallaşması ilə əlaqədar Türkiyə ordusu onlara qarşı əməliyyatları bərpa edib.