İngiltərənin “Guardian” qəzeti Suriyanın xarici işlər nazirinin mətbuat katibi Cihad Makdisinin ölkəni tərk edərək Vaşinqtona qaçdığını və Mərkəzi Kəşfiyyat İdarəsinə çalışdığını bildirib. Qəzetin iddiasına görə, Makdisi bir ay əvvəl Suriyadan Livanın paytaxtı Beyruta keçmişdi.
Suriyalı rəsmilər isə nazirin mətbuat katibinin ölkədən qaçmadığını, “3 aylıq məzuniyyət”ə getdiyini açıqlamışdı.
Əgər iddialar doğrulansa, Cihad Makdisi avqust ayında ölkəni tərk edən keçmiş baş nazir Riyad Hicabdan sonra ən yüksək vəzifəli şəxs olacaq.


