ilhamaliyev-vahidelekberov

İlham Əliyevlə Vahid Ələkbərov arasında məxfi görüş

ilhamaliyev-vahidelekberovÖlkə başçısı iş adamı ilə nələri müzakirə edib?

Rusiya Azərbaycan Təşkilatları Ittifaqının təsisçilərindən olan, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov 10 gün əvvəl Bakıya gələrək ölkə başçısı Ilham Əliyevlə görüşüb. “Azadlıq”a sızan məlumatlara görə, həmin vaxt RATI-nin təsisçilərindən olan başqa bir iş adamı Isgəndər Xəlilov da Bakıda olub.
Lakin o, həmin görüşdə iştirak etməyib. Məlumatda deyilir ki, Ilham Əliyevlə Vahid Ələkbərovun görüşünü məxfi saxlamağa çalışırlar. Bu baxımdan da görüşdə nələrin müzakirə etdiyi barədə qaynağımız bizə heç nə deyə bilməyib. Lakin ehtimal olunur ki, görüşdə əsasən RATI ilə bağlı müzakirə aparılıb. Bəllidir ki, Azərbaycan hakimiyyəti nüfuzlu azərbaycanlıların təmsil olunduğu bu qurumun yaradılmasını narazılıqla qarşılayıblar. Çünki hakimiyyətdə belə qənaət var ki, RATI Kremlin layihəsidir və birbaşa YAP iqtidarına qarşı yönəlib.
Başqa bir ehtimala görə, Ilham Əliyev Rusiya ilə münasibətlərdə yaranmış gərginliyə son qoyulması üçün Kremllə sıcaq münasibətləri olan Vahid Ələkbərovun yardımından istifadə etmək istəyib. Bu baxımdan onunla görüşərək bu məsələni müzakirə edib.