QOÇ
Gün şad xəbərlər və vacib informasiyalarla yadda qalacaq. Yeri gəlmişkən, əldə etdiyiniz informasiya bir sıra problemlərinizi həll etmək imkanı yaradacaq. Yadda saxlayın, bu gün vaxt itkisinə yol vermək olmaz.
BUĞA
Bu gün vacib və yorucu işlərlə məşğul olmağınız məsləhət deyil. Amma nəzərə alın ki, gün aktiv istirahət üçün də münasib deyil. Əgər bu gün evdə qalmaq istəyirsinizsə, onda böyük qonaqlıq təşkil etməyin. Sadəcə, əhatənizdə olan yaxınlarınızla kifayətlənməyiniz yaxşı olar.
ƏKIZLƏR
Cəsarət tələb edən layihələrin reallaşdırılması, professional fəaliyyətdə dəyişiklik üçün münasib zaman deyil. Ehtimal ki, maddi sıxıntınız olacaq. Təəssüf ki, yaxınlarınızla aranızdakı münasibətlərdəki gərginlik olduğu kimi qalacaq. Axşam saatlrında evdə oturmağınız məsləhətdir.
XƏRÇƏNG
Müsbət tendensiyaların güclü təsiri hiss olunacaq. Bundan faydalanmağa dəyər, çünki axşama doğru bu ab-hava tamamilə itəcək. Bu günə istənilən görüş təyin edə bilərsiniz. Rəqəmlərlə bağlı istənilən iş böyük diqqət tələb edəcək. Bu işdə hər bir rəqəmi təkrar gözdən keçirməyiniz məsləhətdir. Gözlənilmədən qiymətli hədiyyə almaq ehtimalı da var.
ŞIR
Sizin üçün əla gündür. Yaxınlarınıza olan diqqət və qayğınız dəyərləndiriləcək. Bu münasibətdən qarşı tərəf məmnun qalacaq. Ailədə sülhsevər atmosfer sürəcək. Bu isə sizin zəhmətinizin bəhrəsidir. Romantik münasibətlərdə də xoş xəbər vpar. Hətta yarıları ilə dil tapmaqda çətinlik çəkən “Şir”lər də sevinəcəklər.
QIZ
Bu gününüzü elə də maraqlı hesab etmək olmaz. Xırda uğurlar gözlənilir. Amma özünüz də yaxşı bilirsinz ki, bundan da dərin işlərə imza atmaq bacarığınız var. Rəğbət bələdiyiniz şəxsə özünüzü yaxşı tərfdən nümayiş etdirmək şansınız olacaq.
TƏRƏZI
Xoş təsadüfdən çox uğursuzluğa uğramaq ehtimalı var. Əgər öz gücünüzə güvənsəniz, uğur qazanmaq şansınız da olacaq. Təəssüf ki, şəxsi müstəvidəki işlər ürəkaçan olmayacaq. Buna baxmayaraq, həyat eşqi yüksək olduğundan gərginlikdən qorxmağa dəyməz.
ƏQRƏB
Günün hadisələri sübut edəcək ki, sizin bacarığınız sərhədsizdir. Bu faktı anlamaqla artıq əmək və səy göstərməkdən uzaq olacaqsınız. Sizi müttəfiqlərinizi itirmək təhlükəsi gözləyir. Bu həm də şəxsi münasibətlərə müdaxilə edəcək. Özünüzü ittiham etməyin, soyuq başla olanları analiz edin.
OXATAN
Əməkdaşlıq baxımından əlverişli gündür. Bu gün əməkdaşlıqla bağlı köhnə körpüləri bərpa edə bilərsiniz. Əsas odur ki, prioriteti düzgün müəyyənləşdirəsiniz. Pulla isə ehtiyatlı olun. Qəribə burasındadır ki, pulun hansı istiqamətdə yoxa çıxmasını müəyyənləşdirə bilməyəcəksiniz. Buna baxmayaraq, sevgidə bəxtiniz gətirəcək.
OĞLAQ
Gün müxtəlif sürprizlərlə zəngin olacaq. Romantik münasibətlərdə dəyişiklik sizi gözləyir. Bu, xüsusilə də eşq elan etməyə hazır olan “Oğlaq”lara şamil edilir. Işgüzarlıq baxımından da gün məhsuldar olacaq. Gəlir əldə edəcəyiniz ehtimal olunur.
DOLÇA
Xoş gündür, məqsədə çatmaq üçün çox çalışmaq tələb olunmayacaq. Situasiya o qədər tez dəyişəcək ki, sizin darıxmağa vaxtınız belə qalmayacaq. Maddi durumunuzun da yaxşılaşacağı proqnozlaşdırılır. Gün səs-küylü, əyləncəli məclislər, fəal istirahət üçün münasib deyil.
BALIQLAR
Çətinlikləriniz ola bilər. Amma qorxmayın, öhdəsindən gələcəksiniz. Həmkarlarla ünsiyyətdə olarkən böyük diqqət tələb olunur. Əgər münasibətlərin soyumasına imkan versəniz, onda çətin vəziyyətlərdə tənha çıxmalı olacaqsınız.

Günün ulduz falı (25.12.2012)
•