Google “Motorola Mobility” kompaniyasına sahib olduqdan sonra hamı elə bilirdi ki, amerikalı vendor bu internet nəhənginin “sevimlisinə” çevriləcək və Nexus silsiləsindən olan əsas smartfon və planşetləri məhz o istehsal edəcək. Ancaq 7 ay keçməsinə baxmayaraq istehsal olunan Nexus 7, Nexus 4 və Nexus 10-un istehsalçıları sırasında Motorolanın adı hələ də yoxdur. Bu səbəbdən də Motorolanın smartfon bazarındakı payı 3 % azalıb.
The Wall Street Journal isə son günlərin ən maraqlı xəbərini yayıb. Belə ki, Google rəhbərliyi altında Motorola yeni super texnologiyaya malik “X phone” istehsalı üzərində işləyirmiş. Bu smartfon ilə Motorola özünün bazardakı prestijini geri qaytarmağı və Samsung, Apple kimi istehsalçılara yenidən rəqib olmağı düşünür. Bu istehsala Google kompaniyasının keçmiş əməkdaşı Layo Ron başçılıq edir. X phone yeni ildə hələlik ilk olaraq Amerikada satışa çıxarılacaq. Smartfon xeyli yenilənmiş fotokamerası, keramikalı korpusu və çevik displeyi ilə fərqlənəcək.
Yeni X Phone-nin Motorola brendi altında satılıb satılmayacağı hələ məlum olmasa da Motorolanın X Phoneni bazara çıxardıqdan sonra yeni X Tablet planşetinin istehsalına start verəcəyi mətbuatda yer alıb.