Eldar Əzizov 51 metrlik tortda “quş buraxıb”

“Eurovision” iştirakçılarının təsviri içərisində qalib Lorinin ölkəsi səhv göstərilib

Sumqayıtın icra başçısı Eldar Əzizovun prezident İlham Əliyevin ad günü şərəfinə hazırlatdırdığı 51 metrlik tortda qüsur tapılıb. Tortun ictimai nümayişi zamanı qeydə alınan görüntülərdən bəlli olub ki, onun üzərində “Eurovision-2012” iştiakçılarının heç də hamısı uğurla təsvir edilməyib. Belə ki, Bakıda keçirilmiş bu yarışmanın qalibi İsveç təmsilçisi Lorinin fototəsvirinin baş hissəində ölkəsinin adı kimi İsveçrə yazılıb.
Bunun tortun tərtibatında yeganə qüsur olub-olmadığı bəlli deyil. Amma bu qüsur artıq “facebook”da Eldar Əzizovun “ən uzun tort” təqdimatındakı başqa acınacaqlı mənzərələrlə birlikdə müzakirə mövzusuna çevrilib.

İnformasiya şöbəsi