ABŞ-da “Maqnitski siyahısı”na Rusiya Dövlət Dumasının deputatlarının da daxil edilməsi üçün lazım olan 25 min imza toplanıb. Musavat.com-un məlumatına görə, bu barədə Ağ evin saytında xəbər verilir
Şənbə günü Amerika hökumətinin saytında yerləşdirilən sənədi bu dəqiqəyədək 26 min 300-dən çox adam imzalayıb. Gələn il yanvarın 20-sinədək onu 25 min adam imzalamalı idi.
Qeyd edək ki, Rusiya Dövlət Duması ABŞ, eləcə də, “Maqnitski qanunu”na bənzər aktları qəbul edən ölkələrin vətəndaşlarına rusiya uşaqları övladlığa götürməyi qadağan edən “Dima Yakovlev qanunu”nu sonuncu oxunuşda qəbul edib.


