Deputatların «Maqnitski siyahısına» daxil edilməsi təklifi Rusiyada narazılığa səbəb olub
Ağ Evin saytında RF Dövlət Dumasının «yetim» qanununa səs verən deputatlarının «Maqnistki siyahısına» daxil edilməsini təklif edən müraciət baxılmaq üçün yetərli olan 25 min səs toplayıb. Bu sənəd Dövlət Dumasının ciddi narahat edib. Onlar öz növbəsində ABŞ-ı «diplomatik münasibətlərin pozulması həddinə qədər» qalmaqalla hadələyib.
ABŞ vətəndaşlarının rus uşaqlarını övladlığa götürməsini qadağan edən qanunun leyhinə 420, əleyhinə 7 deputat səs verib, 1 nəfər isə birətəf qalıb. Bu günlərdə qanun layihəsinə Federasiya Şurasında da baxılacaq. Orada da onu böyük ehtimalla 150 senator dəstəkləyəcək. Müraciət bu deputatların «Maqnistki siyahısına» daxil edilməsi anlamına gəlmir. Ancaq Ağ Ev ən azı rəsmi cavab verməli olacaq. ABŞ Dövlət Departamenti qanun layihəsinə korrekt reaksiya verib və bildirib ki, övladlığa götürmə ilə bağlı iki ölkə arasında razılıq Rusiyanı qane etmirsə, ona yenidən baxmaq olar.
Duma isə artıq cavab tədbirləri hazırlayır. Dövlət Dumasının beynəlxalq əlaqələri komitəsinin sədr müavini Vyaçeslav Nikonov Rusiya mətbuatına açıqlamasında bildirib ki, əgər deputatlar məlum siyahıya salınsa, bu diplomatik münasibətlərin pozulmasına gətirib çıxara bilər. Buna cavab olaraq «Maqnitski qanunu» dəstəkləyən senator və konqresmenlər «Dima Yakovlev» siyahısına salınacaq.
“Azadlıq.info”


