ulduz fali

Günün ulduz falı (23.12.2012)

QOÇ
Günün birinci yarısı həyəcan dolu anlar yaşadacaq. Uzun mübahisələrdən sonra xoşa gəlməyən kəslərə öz doğruluğunuzu isbatlayacaqsınız. Səbirli olmağa çalışın. Günün ikinci yarısı sakit keçəcək. Ancaq burada da yaxınlarınızla aranızda pulla bağlı mübahisə düşəcəyi ehtimal olunur.
BUĞA
Bir az gözləsəniz, ideyalarınızın reallaşacağını görərsiniz. Elmi yaradıcılıq baxımından məhsuldar gündür. Əhvalınız sabit qalacaq, ancaq əla demək də mümkün deyil. Yaxın ətrafınız sizi şənləndirməyə çalışacaq və bu onlarda alınacaq.
ƏKIZLƏR
Qarşınızda geniş imkanlar açılacaq. Sizdən yalnız fürsəti əldən verməmək tələb olunur. Işləriniz nə qədər çox olsa da onları reallaşdırmağa enerjiniz kifayət edəcək. Gün kommersiya işlərilə bağlı danışıqlar aparmaq üçün də münasibdir.
XƏRÇƏNG
Gününüzü istər ev, istərsə də professional işlərə və yaxud da istirahətə ayıra bilərsiniz. Çətin situasiyalarda sakitliyinizi və yaxşı əhvalınızı qoruyub saxlayacaqsınız. Qarşınızda çox da böyük iddialar qoymayın. Gün uşaqlarla vaxt keçirmək üçün münasibdir, amma yaşlı nəsil ilə isə əksinə.
ŞIR
Uğursuzluqlar sizin gözləmədiyiniz məkan və zamanda izhar olur. Buna baxmayaraq siz tez təslim olmursunuz və istədiyinizə nail olursunuz. Ehtiyatlı olun, bu gün hansısa ailə sirrinizin ictimailəşmək ehtimalı da istisna deyil.
QIZ
Özünüzü çox yorğun hiss edəcəksiniz. Belə vəziyyətdə sizi əyləndirəcək iş tapmaq asan deyil. Bir sıra problemlərinizi yaxınlarınız həll edəcək. Bu gün səhhətinizdə problemlər yarana bilər. Ehtimal ki, xroniki xəstəlik özünü göstərəcək.
TƏRƏZI
Həyatınızda ciddi dəyişikliklər ola bilər. Vaxtınızı boş yerə sərf etməyin. Çalışın, hisslərinizə meydan verməyəsiniz. Bu, xüsusilə də yola çıxmağa hazırlaşanlara şamil edilir. Böyük məbləğli alış-veriş etməyə məcbur olacaqsınız. Xoşbəxtlikdən maaddi durumunuz buna imkan verəcək.
ƏQRƏB
Özünüzə daha çox vaxt ayırmaq niyyətiniz olacaq. Sıxlıq olan mühitlər sizə görə olmayacaq. Maddiyyata bağlı həll edilməsi lazım olan işlərinizi reallaşdıracaqsınız.
OXATAN
Bu gün yeni düşmənlərinizi tanıyacaqsınız. Düşmənləriniz mötəbər təbəqənin nümayəndəsi olduğundan onlara qalib gəlmək mümkün deyil. Bu üzdən hiyləyə əl atmalı olacaqsınız. Yeni romantik macəranın başlanacağı da istisna edilmir. Əvvəlcə bunun ciddi və uzunömürlü olmayacağını düşünəcəksiniz. Yanılırsınız.
OĞLAQ
Düzgün təyin olunmuş məqsəd vacib istiqamətdir. Sizdən tələb olunan təhriflərin qurbanı olmamaqdır. Düşmənləriniz sizin enerji və gücünüzdən öz maraqları üçün istifadə etməyə çalışacaqlar. Özünüzə yaxşı müttəfiq seçsəniz, gün məhsuldar olar.
DOLÇA
Imkan və bacarığınızı düzgün dəyərləndirəcəksiniz. Işgüzar danışıqlar yaxşı keçəcək. Ehtimal ki, müdiriyyətlə aranızda mübahisə düşəcək. Doğruluğunuzu isbatlamaq üçün səy göstərəcəksiniz. Gün maliyyə baxımdan xoş xəbər vəd edir.
BALIQLAR
Ailə-məişət problemlərinin həlli, valideyn və ya qohumlarla ünsiyyətdə olmaq üçün münasib gündür. Yeganə müzakirə edilməsi məsləhət olmayan maliyyə məsələləri və ya alış-veriş planlaşdırılmasıdır.