Şahzadə Harri «Taliban»ın səhra komandirini məhv edib

Əfqanistanda xüsusi əməliyyat nəticəsində Britaniya şahzadəsi Harri «Taliban» hərəkatının səhra komandirlərindən birini məhv edib.
Harri əsas zərbəni yerinə yetirən hərbi helkopteri idarə edib. Bu barədə «The Sun» nəşri məlumat yayıb. Öldürülən şəxsin adı açıqlanmır. Mənbə həmçinin şahzadənin hərbi yoldaşları arasında böyük nüfuza malik olduğunu və «Big H» ləqəbi daşıdığını da deyir. Bu Harrinin Əfqanistana ikinci ezamiyyətidir. 2007-2008-ci illərdə şahzadə 77 gün ön cəbhədə qulluq edib. Onun qulluq etdiyi yer məlum olandan sonra isə Harri hərbi xidmətini yarımçıq kəsməli olub. 2009-cu ildə şahzadə on aylıq təlimdən sonra hərbi helkopter idarə etməyi öyrənib. 2012-ci ilin sentyabr ayında isə yenidən Əfqanistana, bu dəfə Apache hərbi helkopterin ikinci pilotu kimi yollanıb. Onun bu dəfəki ezamiyyatı dörd ay davam etməlidir. Şahzadə Harri 1982-ci ildən bəri Britaniya kral ailəsinin hərbi əməliyyatlarda iştirak edən yeganə üzvüdür. Ona qədər hərbi əməliyyatlarda York şahzadəsi Endrü iştirak edib.

Azadlıq.info