“Suriyadakı kimyəvi silahlar təhlükəsiz yerdə və daima Suriya rejiminin nəzarətindədir”.
Bunu Rusiyanın xarici işlər naziri Sergei Lavrov Brüsseldən Moskvaya dönərkən təyyarədə jurnalistlərə deyib.
O həmçinin qeyd edib ki, əgər Moskva və ya Pekin təzyiq eləsə belə prezident Bəşər Əsəd istefa verən deyil və bu münaqişədə qalib olmayacaq.
O qeyd edib ki, Suriya müxalifətinin qərb müttəfiqləri getdikcə ona nəzarəti itirirlər.
Lavrov bildirib ki, BMT və Ərəb lİqası dövlətlərinin Suriya üzrə xüsusi elçisi Lakhdar Brahimi yeni ilədək Moskvaya gələ bilər.


