Hazırda Fransada yaşayan, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev daha bir deputatı ifşa edən video yaya bilər. Moderator.az-ın xəbərinə görə, Elşad Abdullayevlə seçki müzakirələrini əks etdirən video görüntülərdə Gülər Əhmədova deputat Rəfail Cəbrayılovu özünün seçdirdiyini deyib.
Elşad Abdullayevə mandat vəd edən Güler Əhmədova bildirib ki, onun gücü kifayyət qədərdir: “Rəfail qalmışdı kənarda bilmirdi nə etsin. Alı Qocayevlə şərikli bina tikirdi. Alı da ona kömək edə bilmədi. Mənim üstümə gəldi. Mən də Ramiz Mehdiyevlə danışıb onun işini həll elədim. Rəfail Cəbrayılov gətirib pulunu verdi işi də həll oldu….”.


