BMT-nin vertolyotu vuruldu: 4 ölü

BMT-nin Cənubi Sudan Missiyasının (UNMISS) vertolyotu vurulub. Cənubi Sudan ordusunun bölmələri “Mİ-8” tipli vertolyotu atəşə tutub və vertolyot Conqle əyalətində yerə çırpılıb.
Vertolyotdakı 4 nəfər ölüb. BMT-nin yaydığı açıqlamada da vertolyotun Cənubi Sudan ordusu tərəfindən vurulduğu və olayla bağlı araşdırmaya başlandığı bildirilib.