sevinc babayeva

Sevinc Babayevanı kim aradan götürüb?

sevinc babayevaGülər Əhmədovanın rəfiqəsi barədə şok məlumatlar

Sabiq deputat Gülər Əhmədovanın rəfiqəsi, Elşad Abdullayevin yaydığı “rüşvət videosu”ndandan tanıdığım vasitəçi qadın Sevinc Babayeva barədə redaksiyamıza ilginc məlumatlar daxil olub. Xatırladaq ki, Sevinc Babayeva Sabir adına kitabxanın direktoru vəzifəsində çalışıb. “Rüşvət videosu”ndan sonra işini itirən Sevinc Babayevanın Azərbaycandan kənarda olduğu və axtarışa verilməsi barədə məlumat yayılıb. Məlumatı hakimiyyətin nəzarətində olan KIV-lərdən biri verib və indiyə qədər məlumat təkzib edilməyib.
“Azadlıq”a daxil olan məlumatlarda isə bildirilir ki, Sevinc Babayevanın harada olması barədə heç ailəsi də məlumatlı deyil və onun taleyindən çox narahatdır. Bu məlumat Sevinc Babayevanın taleyilə bağlı bir sıra şübhələrə yol açır. Əgər o doğrudan da ölkəni tərk edibsə, deməli, bu qaçış yüksək səviyyədə təşkil olunub və hətta ailəsindən belə gizlədilib ki, bu əməliyyatla hər hansı məlumat kənara sızmasın. Sonradan isə görüntü yaratmaq üçün onun axtarışa verildiyi barədə mətbuata məlumat ötürülüb. Lakin Sevinc Babayevanın Azərbaycanda olduğu istisna deyil.
Onun barəsində daha dəhşətli məlumat öldürülməsi barədədir. Iddialara görə, rüşvət videosundan sonra Sevinc Babayeva aradan götürülüb. Bu məlumatın nə qədər əsaslı olduğunu deyə bilmərik. Lakin redaksiyamıza daxil olan xəbərlərdən görünür ki, Sevinc Babayeva Gülər Əhmədova qədər əhəmiyyətli fiqurdur. Həmin xəbərlərdə bildirilir ki, Sevinc Babayevanın hakimiyyətin yuxarı eşelonu ilə ciddi əlaqələri olub və o, “vəzifə dəllalı” kimi tanınıb. Elşad Abdullayevin yaydığı son videolardakı bir məqam bu məlumatın əsassız olmadığına inamı artırır. Söhbət Sevinc Babayevanın Elşad Abdullayevə “Gəl qardaşlarından birini Binəqədiyə başçı qoyaq” təklifindən gedir.
Başqa bir məlumata görə isə o, Gülər Əhmədova ilə birgə başqa bir deputatlığa namizədin mandat məsələsini həll etməyə girişib. Rəfiqələrin həmin şəxsdən 600 min dollar pul aldığı bildirilir. Hələlik bu məlumatla bağlı bəzi dəqiqləşdirmələr apardığımızdan təfərrüata varmaq istəmirik.
Bütün bunları nəzərə alaraq o qənaətə gəlmək olar ki, Sevinc Babayevanın ortada olması başqa müdhiş olayların da üstünün açılmasına səbəb ola bilər. Ona görə də hakimiyyət bundan ehtiyat edərək onu “itirmək” qərarına gəlib.    

Azad