“Axır vaxtlar haqqımda çox şayiələr çıxdı. Mən bu mövzuda susmağa üstünlük verdim” Lent.az-ın məlumatına görə, bunu əməkdar artist Mətanət İsgəndərli son vaxtlar haqqında yayılan məlumatlara münasibət bildirərkən deyib. Müğənni bütün bunları şayiə adlandırıb: “Tanınmış insanların hər birinin haqqında belə şayiələr gəzir. Onu deyə bilərəm ki, haqqımda yazılanlar şayiə və yalandır. Mən bu mövzuda susmağa üstünlük verdim. Mənim yerimə bacım cavab verirdi. Təbii ki, mənim fikirlərimi səsləndirirdi. Bəlkə də mən həmin vaxtı çıxıb danışsaydım daha yaxşı olardı. Amma mənə dedilər ki, sən cavab vermə”.
Haqqında yayılan söz-söhbətə müğənni tərəfindən bu gün son qoyulması məsələsinə gəlincə isə, müğənni buna belə cavab verib: “Artıq qarşıdan yeni il gəlir. Hər şey köhnə ildə qaldı”.
Qeyd edək ki, Mətanət İsgəndərlinin adı Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin itkin düşməsi ilə bağlı olayda hallanır (lent.az).