ramiz-kamal

“Fövqəlnazir” Paşayevləri seçdi

ramiz-kamalKəmaləddin Heydərov Ramiz Mehdiyevin müdafiəsinə qoşulmaq istəmədi

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyevlə Paşayevlər arasında gedən savaşda mövqeyini müəyyənləşdirib. Hakimiyyə daxilindən “Azadlıq”a sızan məlumatlarda deyilir ki, “fövqəlnazir” bu savaşda Paşayevlərə “stavka” etmək qərarına gəlib. Kəmaləddin Heydərovun bu qərarı həm hakimiyyətdəki ikinci soyadın getdikcə güclənməsindən, həm də Ramiz Mehdiyevlə aralarında müəyyən ziddiyyətlərin olmasından qaynaqlanır.
Kəmaləddin Heydərov hakimiyyətdə Naxçıvan klanın nümayəndəsi kimi tanınır. Heydər Əliyevin ölümünə qədər vahid komanda olan Naxçıvan klanı, Ilham Əliyevin dönəmində bir neçə qola parçalanıb ki, onlardan birinə məhz Kəmaləddin Heydərov rəhbərlik edir. Ramiz Mehdiyev də bu klanın başqa bir qanadının rəhbəri kimi tanınır. Iddia olunurdu ki, Paşayevlərlə mübarizədə klan birləşib. Lakin hakimiyyət kluarlarından gələn xəbərlər bu iddiaların əsassız olduğunu göstərir.
Bildirilir ki, Kəmaləddin Heydərov bu savaşda Ramiz Mehdiyevə dəstək verməklə özünə ciddi problemlər yarada biləcəyini düşünür. Digər tərəfdən “fövqəlnazir”in qənaətincə, Ramiz Mehdiyevin “vurulması”ndan sonra Naxçıvan klanının şəriksiz liderinə çevrilə bilər. Kəmaləddin Heydərov hesab edir ki, Ilham Əliyevin bütövlükdə Naxçıvan klanından imtina edəcəyi inandırıcı deyil. O, Qərbi Azərbaycan qruplaşması ilə bağlı baş verənləri təhlil edərək belə qənaətə gəlib. Məlumat üçün deyək ki, 2005-ci ildə Qərbi Azərbaycan klanının tanınmış simaları sabiq səhiyyə naziri Əli Insanov və Ilham Əliyevin əmisi Cəlal Əliyevin sıradan çıxarıldı. Bununla klan xeyli zəiflədildi, lakin Oqtay Əsədovun spiker təyin edilməsi, Misir Mərdanovun postunda saxlanılması ilə bu regional qruplaşmadan tam imtina edilmədi.

Namiq