“Azərbaycan Avropa Şurasına girəndə onlarla yük qoymuşdu, indi də əlavə 50 yük qoymaq istəyirlər”. Parlamentin 21 dekabr iclasında spiker Oqtay Əsədov belə deyib.
Oqtay Əsədov deyib ki, Azərbaycan yeni öhdəlikləri qəbul etməməlidir: “Avropa Şurası Azərbaycana münasibətdə ikili standartlarla yanaşır. Gürcüstan və Ermənistana Azərbaycandan fərqli yanaşılır. Biz bütün öhdəlikləri yerinə yetirmişik. Təzə niyə öhdəliklər götürməliyik? Avropa Şurası ilə Azərbaycanın münasibətlərinə yenidən baxmağa ehtiyac yoxdur. Əsas odur ki, məsələ qaldırıb monitorinqdən çıxmalıyıq” (media forum).


