İraq prezidenti Berlinə aparılıb

İraq prezidenti Cəlal Tələbani dekabrın 19-da müalicə üçün Almaniyaya aparılıb. Hazırda o, Berlin xəstəxanalarının birindədir. Məlumatı dekabrın 20-də “Şpigel” jurnalı Almaniyanın xarci işlər nazirinə istinadla yayıb.

Dekabrın 18-nə keçən gecə Tələbani insult keçirib.

79 yaşlı Tələbani prezident postunu 2010-cu ilin noyabrından tutur.

Tələbani 1933-cü ildə İraqda anadan olub. Milliyətcə kürddür. 1958-ci ildə Bağdad Universitetinin hüquq fakültəsini bitirib.

“Kürdüstanın mübarizəsi”, “Kürdüstan” qəzetlərinin baş redaktoru olub. Süleymaniyyə Partiyasına, İraqın Kərkük, Süleymaniyyə və Hənək şəhərlərində kürd hərbi birləşmələrinə rəhbərlik edib.

1972-ci ildə İraqı tərk etməyə məcbur olan Tələbani Misir, Livan və Suriyada yaşayıb. 1977-ci ildə ölkəyə qayıdıb və Kürdüstan Vətənpərvərlər İttifaqının baş katibi seçilib.

1970-ci ildən ailəlidir. İki oğlu var.