Qartalın körpəni “aparması” ev tapışırığı imiş (VİDEO)

Kanadanın ikinci böyük şəhəri Montrealdakı parkda son günlərin ən çox müzakirə olunan “qartal uşağı oğurladı” videosunun yalan olduğu məlum olub.

“Qafqazinfo”nun məlumatına görə, bütün medianın diqqətini özünə çəkən bu “faciə” əslində şagirdlərin dərs tapşırığı imiş. Belə ki, sözügedən tapşırığı verən məktəb bununla bağlı açıqlama verib. Həmin açıqlamada qeyd olunur ki, qartal əhvalatı məktəbin 3 şagirdinin (Normand Archambault, Loic Mireault ve Felix Marquis-Poulin) rəqəmsal dizayn mövzusunda 3 ölçülü dərs tapşırığı olub:

“Çəkilişlər həqiqətən Montrealdakı parkda baş verir. Amma süjetin “qəhrəman”ı olan qartal isə daha əvvəl çəkilib və montajla kadrlar birləşdirilib”.

***

Kanadanın Monreal şəhərində parklardan birində gözlənilməz hadisə baş verib. Belə ki, parkda gələn ailə körpəni çəmənlikdə yerə qoyur. Valideynlərdən biri bu vaxt havada qanad çalan qartalı videoya çəkir. Elə bu an qartal aşağı enərək körpənin üzərinə uçur və onu caynaqlarına götürərək havaya qaldırır. Amma valideynlərin müdaxiləsi nəticəsində qartal uşağı buraxır (ans press).