Tofiq Yaqublu: “Bu qərarı verən şəxslərə əfv olunmaq üçün müraciət etmək doğru olmaz”
Barəsində 2 il 6 aylıq həbs qərarı çıxarılan Nigar Yaqubli ilə bağlı əfv komissiyasına müraciət olunmayacaq. Bu barədə “Qafqazinfo”ya atası Tofiq Yaqublu məlumat verib. Onun sözlərinə görə, Nigar Yaqubluya verilən cəza siyasi sifarişin nəticəsidir: “Əfvlə bağlı məhkəmə doğru qərar qəbul etdyi zaman müraciət oluna bilərdi. Bir halda ki, ortada yanlış məhkəmə qərarı var, bu qərarı verən şəxslərə əfv olunmaq üçün müraciət etmək doğru olmaz” .
Artıq bir neçə gündür ki, əfv komissiyasının iclasları keçirilir. Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində növbəti əfv fərmanının veriləcəyi gözlənilir.


