Kəmaləddin Heydərov qəzəblənib

k heyderov2«Fövqəlnazir»  Mahir Abdullayev müəmmasında anasının adını hallandıranları axtarır

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanması faktı ilə anası Hacı Simuzər xanımın adının hallandırılmasından qəzəblənib.
Bu barədə “Azadlıq”a məlumat verən mənbə bildirib ki, “fövqəlnazir” bunu özünə qarşı təxribat hesab edir. Kəmaləddin Heydərov  yaxın ətrafına məsələni araşdırmağı və bu işin arxasında dayananların kimliyi barədə ona məlumat verilməsini tapşırıb. Mənbə bildirib ki, “fövqəlnazir” o qədər qəzəblənib ki, bu işi edənlər barədə söyüşlə danışıb. Məlumata görə, Kəmaləddin Heydərov həmin adamların buna görə cavab verməli olacağını deyib.