Bakıda meyvə-tərəvəz bazası yanır

Hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb olunub

Bakıda “Şəfa” stadionun yaxınlığında, Heydər Əliyev prospektində meyvə-tərəvəz bazasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətnidən ANS PRESS-ə verilən məlumata görə. Yanğın 15:25 radələrində baş verib. Hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində çalışılır. Hadisə nəticəsində xəsarət alan barədə məlumat verilmir.