“Ramiz Mehdiyev istefa verməlidir”

Bu gün Qarabağ blokunun növbəti toplantısı keçirilib. Toplantıda ölkənin ictimai siyasi gündəmində son günlər ajiotaj yaradan Elşad Abdullayevin müzakirəyə çıxardığı videolar olub. Toplantıda Qarabağ bloku üzvləri bu məsələ ilə bağlı bəyənat qəbul ediblər. Bəyanatda deyilir:

“Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universtetinin rektoru Elşad Abdullayevin son günlər ictimaiyyətin müzakirəsinə təqdim etdiyi videolar çox ciddi narahatlıq yaradıb. Biz “Qarabağ” bloku olaraq videolarla bağlı müzakirələrdə hüquq mühafizə orqanlarının aparacağı araşdırmalara hörmətlə yanaşırıq və hesab edirik ki, bu məslənin sona qədər araşdırılması, həqiqətlərin üzə çıxarılması, vətəndaşları narahat edən məsələlərə aydınlıq gətirilməsi, ədalətin yerini tutması, bununla belə hər bir şəxsin təqsirsizlik prezumsiyası çərçivəsində haqq və hüquqlarının qorunması ən vacıb şərtlərdən biridir. Biz araşdırmaların sonucu, məhkəmə qərarı olmadan nə Elşad Abdullayevin təqdim etdiyi faktlar barədə fikir bildirmək, nə də Gülər Əhmədovanı, Ramiz Mehdiyevi və ya videoda adı çəkilən digər şəxsləri gunahkar elan etmək niyyətində deyilik. Hər bir şəxsin hüquqlarına hörmətlə yanaşmaq bizim borcumuzdur və bu konstitusiya ilə onların haqqıdır. Amma hesab edirik ki, istintaqın tərəfsiz, təzyiqsiz, qərəzsiz, obyektiv aparılması üçün  Prezident Adminstrasiyasənın rəhbəri və Korrupsiya və Rüşvətxorluğa qarşı mübarizə komisiyasının sədri cənab Ramiz Mehdiyevin tutduğu mövqelərdən istefa verməsi daha düzgün yanaşmadır. Biz Qarabağ bloku olaraq bunu tələb edirik. Həm hüququ mühafizə orqanlarının, həm də cənab Prezident tərəfindən yaradılan müstəqil istintaq komisiyasının işinin bu addımdan sonra daha səmərəli və maneəsiz olacağına ümid edirik”.