Gülər Əhmədova danışdı

“Hər gün həkim nəzarətindəyəm”

Elşad Abdullayevlə seçki müzakirərələrini əks etdirən video görüntülərinə görə  deputat mandatını itirən Gülər Əhmədova son günlər barəsində yayılan məlumatlarla  bağlı Moderator.az-a açıqlama verib. Sabiq deputat mediada ayrı-ayrı adamların ona qarşı mənəvi tyerror kampaniyası apardığını bildib: “Mənim buna görə sağlıq durumumda ciddi fəsadlar yaranıb. Mənə və ailəmə qarşı aparılan kampaniya həm də qeyri-etik formada olub. Hər gün həkim nəzarətindəyəm. Ürək və beyin qan dövranının pozulması problemim var. Hər gün demək olar ki, bir böhtanla qarşılaşıram”.

Ölkəni tərk etmək istəyi barədə yayılan məlumatlara gəlincə, sabiq deputat bunu təkzib edib: “Mən istintaqla bağlı Baş Prokurorluğun açıqlamalarından kənar bir söz deməyəcəcəym”.

G.Əhmədova sonda onu da bildirib ki, bəzi  media orqanlarında ona yaxın insanların adından da   yalan məlumatlar yayılır.