Tələbani ölüm ayağında

İraq prezidenti Cəlal Təlabaninin öldüyü haqda xəbər yayılıb. Lakin İraqın Xarici İşlər Nazirliyi bunu təkzib edib. Ölüm xəbərini İranın Press və Livanın Mayadin televiziyaları yayıb.

“Hürriyet” qəzetinin yazdığına görə isə İraq prezidentinə yaxın çevrə onun beyninə qan sızdığı üçün koma vəziyyətinə düşdüyünü və hələ də ayılmadığını bildirib. Onun vəziyyətdən çıxarılması və həyata qaytarılamsı üçün geniş tibbi tədbirlər görülür.

Başqa bir xəbərə görə isə, 79 yaşlı Təlabanini müalicənin davamı üçün Almaniyaya aparmağa hazırlıq görülür.

***

İraq prezidenti Cəlal Təlabani insult keçirib. “RİA Novosti”nin xəbərinə görə, bu barədə hökumətdəki mənbələrdən bildirilib. 79 yaşlı prezidentin vəziyyəti ağır qiymətləndirilir. 2010-cu ildən İraq prezidenti vəzifəsini tutan C.Təlabani dünən axşam huşunu itirərək yıxılıb və dərhal xəstəxanaya aparılıb. O, hazırda huşsuz vəziyyətdədir (APA).