Bu barədə ölkənin vitse-prezidenti Fərrux əl-Şərəə açıqlama verib
Suriyada hökumət üsyançılara qarşı mübarizədə artıq təsir gücünü itirməyə başlayıb. Bu barədə ölkənin vitse-prezidenti Fərrux əl-Şərəə açıqlama verib. Livan qəzetinə müsahibəsində Əl-Şərəə qeyd edib ki, hökumət qüvvələri bölücü qüvvələrə qarşı mübarizədə üstünlüyü ələ ala bilmir.
Onun sözlərinə görə, nə qədər ki, ölkədə vəziyyətə nəzarət etmək mümkündür, Suriya müxalifəti dərhal siyasi danışıqlara razı olmalı və özbaşınalıqlara son verilməlidir. O, əks halda, ölkənin dərin uçuruma sürüklənəcəyini, döyüşlərdə isə heç bir tərəfin qalib gəlməyəcəyini qeyd edib.
“Müxalifət qüvvələri ölkəni uçuruma sürükləmək istəyirlər. Rejim devriləcəyi təqdirdə ölkədə xoas və özbaşınalıq yaranacaq və zorakılıqlar əsla sona çatmayacaq”, – deyə əl-Şərəə ilk dəfə, həqiqətən də, hakmiyyətin çətin vəziyyətdə olduğunu etiraf edib.


