Qazaxıstan latın qrafikasına keçir

Qazaxıstan 2025-ci ilədək kiril əlifbasından latın qrafikasına keçmək niyyətindədir.

Bu barədə cümə günü ölkə Prezidenti Nursultan Nazarbayev Qazaxıstanın müstəqilliyinin 21-ci ildönümünə həsr edilmiş təntənəli yığıncaqda çıxışı zamanı bildirib.

“Artıq indidən 2025-ci ildə latın qrafikasına keçid üzrə hazırlıq işlərinə başlamaq lazımdır”, – Nazarbayev deyib.

Onun fikrincə, bu, dilin inkişafına imkan yaradacaq, həmçinin Qazax dilini müasir informasiya dilinə çevirəcək.