Ölkə başçısı İlham Əliyev dekabrın 18-də bp şirkətinin icraçı direktoru Robert Dadlini qəbul edib. Bu barədə “president.az” saytı məlumat yayıb. Məlumatda deyillir ki, görüşdə Azərbaycan ilə bp şirkəti arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib, Azərbaycanda işlənilən yataqlar, o cümlədən “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” yataqlarında birgə layihələrin işlənilməsi istiqamətində səmərəli nəticələrin əldə olunduğu vurğulanıb, əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
bp prezidenti İlham Əliyevlə görüşdü
•


