Yaponiyada parlamenti müxalifət götürdü

Yaponiyada dekabrın 16-da keçirilmiş parlament seçkisində müxalif qüvvələr inamlı qələbə qazanıb. İlkin nəticələrə görə, Liberal Demokrat Partiyasının yaratdığı koalisiya 480 yerlik parlamentdə 325 mandata sahib çıxıb.

Bu qədər böyük üstünlük Liberal Demokrat Partiyasının lideri Sindzo Abeyə baş nazir kürsüsü tutmaq imkanı verir. 58 yaşlı Sindzo Abe 2006-2007-ci illərdə Yaponiya hökumətinə başçılıq edib.

Hakim Demokrat Partiyası seçkidə ağır məğlubiyyətə uğrayıb. Parlamentdə 230 mandatla təmsil olunan partiya 16 dekabr seçkisində cəmi 57 deputat yeri qazanıb. Baş nazir Yesixiko Noda məğlubiyyətin məsuliyyətini öz üzərinə götürərək partiya liderliyindən istefa verdiyini açıqlayıb.