İranda Facebookda gözlənilməz üzv peyda olub. Bu, ali lider Xamneyidir.
“Khamenei.ir” adlı səhifədə 73 yaşlı Ayətullanın şəkilləri və fikirləri yerləşdirilib.
Maraqlısı odur ki, İranda Facebook bağlıdır, bu səhifələrə yalnız İrandan xaricdə daxil olmaq mümkündür. İranda Twitter də bağlıdır. Ancaq Xamneyinin Facebook səhifəsi Twitterdə açılmış eyni adlı səhifə ilə reklam olunur. Reuters xəbər verir ki, iranlı mütəxəssislər hər iki səhifənin Ayətullanın ofisi tərəfindən idarə olunduğuna əmindirlər.
Xamneyi “Facebook”da
•