Avtobuş aşdı: ölən və yaralananlar var

Bu gün saat 10:00 radələrində Qobu qəsəbəsi yaxınlığında Bakı istiqamətinə gələn 153 saylı marşrut avtobusu yoldan çıxaraq aşıb. Nəticədə xeyli sərnişin xəsarət alıb. Yaralılar xəstəxanalara aparılıb. İlkin məlumata görə, qəzaya yolun buz bağlaması səbəb olub. Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, xəstəxanaya qəzada xəsarət alan xeyli sərnişin gətirilib. Onlardan biri xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişib. Ölən və yaralananların əksəriyyəti orta məktəb müəllimidir.

Hazırda faktla bağlı araşdırma aparılır.