Rusiya Suriya siyasətindən əl çəkir

Vəfa Quluzadə: «Rusiyanın Suriyanı əlində saxlamağa gücü çatmadı»

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov  mətbuata açıqlamasında Əsəd rejiminin Suriyada nəzarəti itirdiyini demişdi. Boqdanovun bu açıqlaması siyasi icmalçılar tərəfindən Rusiyanın Suriya siyasətini dəyişdirməsi kimi şərh edilmişdi. Rusiya XIN-i isə Boqdanovun bu cür açıqlama verdiyini təkzib edib.
XIN sadəcə olaraq nazir müavinin yalnız Suriya müxalifəti barədə danışdığını bildirib. Boqdanov rus mətbuatına verdiyi təkrar açıqlamasında isə Rusiyanın Suriya siyasətindən əl çəkmədiyini deyib. Məsələyə münasibət bildirən politoloq Vəfa Quluzadənin sözlərinə görə Rusiya artıq Suriya siyasətindən geri dönüb: “Rusiya Suriya siyasətindən məcburən əl çəkib. Rusiyanın Suriyanı saxlamağa gücü çatmayıb. Nazir müavini Boqdanov da bunu təsdiqləyib.
Çox yaxınlarda Bəşər Əsəd rejimi devriləcək və Əsədi Səddam Hüseyn və Müəmmar əl-Qəddafinin taleyi gözləyir”