Ramiz Mehdiyev: administrator-filosof- akademik-korrupsioner!

(Ramiz Mehdiyevin pul saymaqlığı)
Bütün Azərbaycan KQB generalı Heydər Əliyevin yaratdığı, Elşad Abdullayevin çəkib ortaya çıxardığı MÖHTƏŞƏM QIRX IL serialından fraqmentlərə baxır. Sonuncu seriyanın başlıca fiqurantı, bəlli olduğu kimi, 40 ildən bəri ideoloq adı altında Əliyevlərin pulsayanı funksiyasını yerinə yetirən Ramiz Mehdiyevdir. Bir də bu seriyada onun başlıca dəllalları olaraq tanınan deputat Gülər Əhmədova ilə fəlsəfə elmləri doktoru olduğu deyilən Sevinc Babayeva.
Hamı Elşad Abdullayev seriallarına baxır, hamı bu serialların ardını gözləyir. Sözsüz, bu seriallara dövlət başçısı statusunu daşıyan Ilham Əliyev də baxır, onun komandası da. Son 19 ildə bu xalqın, bu ölkənin, bu dövlətin başında görün kimlər durub – bunlar! Biz bu çəkilişlərə, bu yayınlara görə bir çox suçlarına baxmayaraq, Elşad Abdullayevə borcluyuq. E.Abdullayev bu videokompromatlarla 93-dən bu yana xalqın, ölkənin, dövlətin uğradığı uğursuzluqların, çoxillik ağrı-acılarımızın, saysız itkilərimizin başında kimlərin durduğunu açıb ortaya qoyur. Düzdür, biz bunları uzun illər yazmışıq. Uzun illər Əliyevçi rejim siyasi müxalifətdən, müxalifət düşərgəsindəki jurnalistlərdən bir çoxlarını satın alıb, kimini, kimlərisə öz düşərgəsinə keçirib, kimlərisə “Troya atı” olaraq bizim düşərgədə saxlayıb – onların içdən bizə zərbə vurmaları üçün. Ancaq biz bütün əngəlləri aşaraq, özümüzə, yaxınlarımıza yaradılan bütün problemlərə üstün gələrək bu recimə yenilmədik. Bizlər – çox az sayda alınıb-satılmaz, yenilməz adam atlantlara çevrilərək xalqımızı, ölkəmizi, dövlətimizi çiyinlərimizdə tutub saxladıq. Dözümümüz, dirənişimizlə ANTIMILLI, ANTIDEMOKRATIK Əliyev-Mehdiyev rejimin içindən çöküşünə yol açdıq. Budur, çağı çatıb, biz indi yalan olmuşuq, rejimin doğmaca yetirmələri gerçək.
Bu hakimiyətdə olanların qanları, canları ilə düşmən olduqları OĞUZnamədə gözəl bir deyim var: QANLA QANUN EYLƏMƏ. Cəngəllik qanunları ilə dövlət, dövlətçilik adına qanlar tökdülər, canlar aldılar. Görün Gülərin bir çox işləklərinə (başqa cür desək, cinayətlərinə) yetik S.Babayeva nə deyir: “Deyirəm, Gülər, sən qorxmursan, Gülər, səni öldürəcəklər”. Gülər doğrudan da qorxmur, qorxmadan da hər cür cinayətə gedir. Niyə də qorxsun? Axı, onun arxasında Əliyevlərin baş administratoru Ramiz Mehdiyev dayanır. Axı, o aldıqlarını Ramiz Mehdiyev üçün alır. Onlar ikilikdə R.Mehdiyevin kabinetinə 1 milyon manat aparırlar. R.Mehdiyev – bu qırx ilin pulyığanı pula olan sonsuz sevgisini onların yanında da gizlədə bilmir. Belə böyük pul sevgisindən Ramiz Ənvəroviç 40 illik əliyevçi qulluq axarında Azərbaycan xalqının atasını yandırıb, anasını ağlar qoyub!
S.Babayeva 1 milyon manatdan Ramiz Ənvəroviçin onlara ən azı 50 min manat (hər birinə) verəcəyini düşünür. Ancaq o, umsuq olur (Güləri bilmirik). S.Babayeva buna görə Ramizə qızır, onun adını acıqla çəkir. Ancaq… Sevinc burasını bilmir: o başdan bu başa Əliyevlərə qulluq missiyasını yerinə yetirən MTN yatmayıb. S.Babayeva bütün belə işlərin ölkə boyu kontrol altında görüldüyünü bilmir. Bu gün sorağı offşor zonalardan, Dubaydan, Londondan, Mayamidən, Çexiyadan gələn milyonların, milyardların başlıca olaraq R.Mehdiyevin kabinetindən keçib getdiyini çoxları bilir. Dönə-dönə 500 min, milyon qopardıqları E.Abdullayevə yaranan çətinlik üzündən S.Babayeva belə deyir: “Gəl Binəqədini alaq, qardaşını ora başçı qoyaq”. Beləcə, 19 ildir (40 il!) bu ölkədə pula gedən nə var, satılır. Rayonlar da. Hakimiyətə gəlmək üçün ALTI rayonu ermənilərə verəndən sonra… sata-sata gedirlər. Özü də dəvəquşu kimi başlarını… PULA soxmaqla!
“Gülər onlara çox lazımdır, çünki çoxlu müxalifətçi tanıyır. Gülərin əliylə çox işlər olur”, – bunu da S.Babayeva deyir. Görün hələ gizli nələr var!