Hillari Klinton beyin silkələnməsi keçirib

ABŞ dövlət katibi Hillari Klinton huşunu itirib və aldığı zərbədən beyin sarsıntısı keçirib.
Bu barədə BBC-nin ABŞ Dövlət Departamentinə istinadən verdiyi məlumatda deyilir. Gələn həftə Klinton işə çıxmayacaq və fəaliyyətini evdə davam edəcək. Klinton xəstəliyinə görə «Suriyanın dostları»nın toplantısına da qatıla bilməyib. Dövlət Departamentinin nümayəndəsi Filipp Reynsin verdiyi məlumata görə, Klinton həmçinin qastroenteritdən əziyyət çəkir, bu səbəbdən də bazar ertəsi və çərşənbə axşamı Mərakeşə nəzərdə tutulan səfəri təxirə salınıb.

Azadlıq.info