ulduz fali

Günün ulduz falı (15.12.2012)

QOÇ
Günün maliyyə mənzərəsi ürəkaçan olacaq. Gəlirinizi artıracaq təkliflər alacaqsınız. Siz küsənləri barışdırmaq cəhdinizin ucbatından işdə diqqətinizi toplaya bilməyəcəksiniz. Şəxsi müstəvidəki işlər isə sizi həyəcanlamağa vadar edəcək. Hisslərinizdən heç özünüz də baş aça bilməyəcəksiniz.
BUĞA
Kifayət qədər çətin gündür. O kəslərdən ki, kömək alacağınıza ümid edirsiniz, onlar sizi darda qoyacaqlar. Bu üzdən də təkbaşına mübarizə aparmalı olacaqsınız. Günün birinci yarısı ikincidən daha uğurlu olacaq.
ƏKIZLƏR
Gün uğurlu olacaq. Gələcəklə bağlı planlarınızı günün birinci yarısında reallaşdıracaqsınız. Gün ictimai tədbirlərdə çıxış, kübar məclislərdə iştirak etmək baxımından əlverişlidir. Ətrafınızda çoxlu maraqlı hadisələr cərəyan etdiyindən yaxınlarınıza qarşı diqqətsizlik göstərəcəksiniz. Xoşbəxtlikdən qarşı tərəf sizdən küsməyəcək.
XƏRÇƏNG
Tələskənliyə yol verməsəniz, planlarınızı həyata keçirə bilərsiniz. Gün maraqlı görüşlər vəd edir. Ev işlərini qaydaya salmaq baxımından münasib gündür. Özünüz və yaxınlarınız üçün kifayət qədər rahatlıq yaradacaqsınız. Axşam yeni təəssüratlar yaranacaq.
ŞIR
Asan gün olmayacaq. Güclü rəqiblərlə mübarizə aparacaqsınız. Özünüzün zəif cəhətlərinizə qarşı çıxsanız, qələbə sizindir. Sizdən asılı olanlara bu gün xüsusi diqqət və qayğı göstərin. Axşam saatlarında özünüzə sevinc bəxş etmək istəyiniz baş qaldıracaq. Bu mövzuda yaxınlarınız sizi dəstəkləyəcək.
QIZ
Analitik qabiliyyətiniz parlaqdır. Elə bir hadisə tapılmaz ki, siz onu düzgün analiz etməyəsiniz. Dostlar məsləhət almaq üçün sizə müraciət edirlər. Təəssüf ki, onlar sizin dediklərinizi eşitməyə hazır olmayacaqlar. Buna görə də bir az nəzakətli olun ki, dedikləriniz onların qəlbinə toxunmasın.
TƏRƏZI
Gün ailə-məişət problemlərinin həlli baxımından əlverişlidir. Siz mehribançılığınızı hamı ilə paylaşırsınız və ətrafdakılar da buna qarşılıq verir. Romantik münasibətlərin başlanması baxımından əlverişli gün deyil.
ƏQRƏB
Çox işin öhdəsindən gələcəksiniz deyə, məhsuldar gündür. Buna baxmayaraq, böyük miqyaslı layihələrə başlamaq məsləhət deyil. Çoxdan əməkdaşlığa can atdığınız şəxslə razılaşa biləcəksiniz. Yeni müttəfiqiniz fikrini dəyişməmiş sənədləri imzalamağınız məsləhətdir.
OXATAN
Planlarınızı reallaşdırmağa tələsməyin. Ulduzlar məsləhət görür ki, bürcün ailəli nümayəndələri uşaqlarına diqqət yetirsinlər. Indiki zamanda onların valideyn qayğısına daha çox ehtiyacları var.
OĞLAQ
Ehtiyatlı olun. Işgüzar sferada atacağınız hər hansı yanlış addım ciddi problemlə nəticələnə bilər. Ən yaxın adamınızla aranızda ciddi məsələləri müzakirə etməyin zamanı gəldi. Bu məsələlər hər ikinizi çoxdan narahat edirdi.
DOLÇA
Nəqliyyat, tikinti, daşınmaz əmlakla əlaqəsi olan “Dolça”ların maliyyə məsələlərində bəxtləri gətirəcək. Uzaq səfərə çıxmaq məsləhət görülmür. Çünki o, sizin düşündüyünüzdən də yorucu və cansıxıcı keçəcək. Uzaq qohumla aranızda münaqişə gözlənilir. Onlar sizin şəxsi işlərinizə müdaxilə etməyə çalışacaqlar.
BALIQLAR
Sizin üçün asan olmayacaq. Təklikdə situasiyaya nəzarət edə bilməyəcəyinizi görüb kömək axtaracaqsınız, amma elə bir adam tapılmayacaq. Əsəb gərginliyi gün boyu sizi müşayiət edəcək. Ruhi sakitliyi təmin edən üsullara əl atın.