Anders Foq Rasmussen: “Mən Bəşər Əsədi və onun tərəfdarlarını zorakılığa son qoymağa çağırıram”
Şimali Atlantika Müqavilə Təşkilatının baş katibi Anders Foq Rasmussen Suriyada son vəziyyətlə bağlı açıqlama verib. Brüsseldə keçirilən mətbuat konfransı zamanı Rasmussen bildirib ki, Suriya rejiminin qısa müddət ərzində dağılacağı artıq qaçılmazdır.
“Suriya rejimi artıq tənəzzülə uğramaq üzrədir. Rejimin dağılması üçün olduqca az müddət qalıb. Mən Bəşər Əsədi və onun tərəfdarlarını zorakılığa son qoymağa çağırıram. Rejim artıq reallığın nə olduğunu başa düşməli və Suriya xalqının legitim istəklərini həyata keçirməlidir” – deyə Rasmussen sözlərini ifadə edib.


