İnsan Haqları üzrə Avropa Məhkəməsi Hacı İlqar İbrahimoğlunun 2003-cü ildəcinayət təqibi üzrə Azərbaycanda çıxarılan məhkəmə qərarlarının qanunsuzluğu barədəqətnamə qəbul etmişdir. Avropa Məhkəməsi qərara alıb ki, Azərbaycan məhkəmələri İlqarİbrahimoğlunun ədalətli mühakimə hüququnu pozmuşlar.11 dekabr 2012-ci il tarixli məhkəmə iclasında 36083/05 №-li iş üzrə qəbul edilənqərara əsasən, İnsan Haqları üzrə Avropa Məhkəməsi Azərbaycan hakimiyyətinin İlqarİbrahimoğlunun ədalətli mühakimə hüququnu pozması barədə qərar vermişdir. Məhkəməqərarında bildirilir ki, 2003-cü ilin 16 oktyabrında baş vermiş razılaşdırılmamış mitinqdə iştirakıiddiası ilə İlqar İbrahimoğlunun məhkəmə instansiyalarında cinayət təqibinə məruz qalmasızamanı onun ədalətli mühakimə hüququ təmin edilməmişdir.İlqar İbrahimoğlunun hüquqi təmsilçisi qismində İngiltərənin tanınmış hüquq üzrəprofessoru Bill Bourinq çıxış edirdi. Eləcə də İlqar İbrahimoğlunun hüquqi dəstəyi Avropaİnsan Haqlarının Müdafiə Mərkəzi (EHRAC) tərəfindən həyata keçirilirdi.Məhkəmə qərarında qeyd edilir ki, İlqar İbrahimoğlu bir neçə QHT-nin sədri vəzifəsiniyerinə yetirir, jurnal redaktorudur və dini icmanın rəhbəridir. O, ölkə hakimiyyəti tərəfindənbağlanmış “Cümə” məscidinin imam-camaatıdır. Yeri gəlmişkən, professor Bourinq, İlqarİbrahimoğlunun rəhbərlik etdiyi məscid icmasının da Avropa Məhkəməsində işi üzrətəmsilçidir.Avropa Məhkəməsində aparılan araşdırmalarda müəyyən edilmişdir ki, İlqar İbrahimoğlu16 oktyabr 2003-cü ildə beynəlxalq müşahidəçilər qrupunun tərkibində “Azadlıq” meydanındamonitorinq aparırdı. Bir neçə ay sonra İlqar İbrahimoğlu, sözügedən nümayişlərlə əlaqədaraçılmış “kütləvi iğtişaşların təşkili və bunlarda iştirak”, habelə, “hakimiyyət nümayəndəsinəqarşı zor tətbiq etmə” kimi maddələrə əsasən cinayət məsuliyyətinə cəlb edilmişdir. O, 4 ayərzində həbsdə saxlanılmış, sonra 5 il müddətinə şərti azadlıqdan məhrum edilmişdir. Həminməhkəmə qərarı, cəmi bir neçə dəqiqə ərzində keçirilən apellyasiya məhkəməsi tərəfindənqüvvədə saxlanılmışdır.Avropa Məhkəməsi məhkəmə araşdırmalarında sübutların təhqiqi və qəbulu ilə bağlımüxtəlif çatışmazlıqlardan xüsusilə narahatlıq ifadə edir. ELəcə də, yerli məhkəmələrtərəfindən qərarların kafi əsaslandırılmaması da Avropa Məhkəməsinin diqqətini cəlb edir.Belə ki, hər bir məhkəmə qərarı əsas etibarilə bir neçə polis nəfərinin və ya hərbi xidmətçininifadələri əsasında çıxarılmışdır. Eləcə də, ittiham tərəfinin bir neçə şahidi, əsassız və səbəbsizolaraq məhkəmə araşdırmalarında iştirak etməmişdir. Avropa Məhkəməsi hesab edir ki,məhkəmələr ittiham tərəfinin bu şahidlərinin ifadə verməsini təmin etmək və onları hansısayolla dindirmək üçün ağlabatan və kafi addımlar atmamışdırlar.Avropa Məhkəməsi qeyd edir ki, göstərilən çatışmazlıqlar iddiaçı İlqar İbrahimoğlununözünü müdafiə etmək hüququna mənfi təsir etmişdir.Avropa Məhkəməsi qeyd edir ki, şahidlər və müttəhimlər tərəfindən zorla ifadə verməyəməcbur edilmə barədə şikayətlərə yerli məhkəmələr tərəfindən faktiki olaraq, heç bir reaksiyaverilməmişdir. Bundan əlavə, prosessual pozuntulardan heç biri apellyasiya məhkəmələritərəfindən aradan qaldırılmamışdır.Göstərilənləri nəzərə alaraq, İnsan Haqları üzrə Avropa Məhkəməsi qərara alır ki,İlqar İbrahimoğlunun ədalətli mühakimə hüququ (Avropa İnsan Haqları Konvensiyasının 6-cımaddəsi) pozulmuşdur.


